Sabah qar yağacaq - PROQNOZ

Sabah qar yağacaq - PROQNOZ
Yayınlanma tarixi: 7.01.2023 14:26:25

Yanvarın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometereologiya Xidmətindən "İslamazeri.com"a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olacağı, sulu qar, axşama doğru qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə və gündüz 0°-yə yaxın, Bakıda gecə və gündüz 0°-yə yaxın olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə və gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq. Yollar buz bağlayacaq.

GÜNÜN MANŞETLERİ