Əş-Şəbab Somalidə prezident iqamətgahını hədəfə aldı

Əş-Şəbab Somalidə prezident iqamətgahını hədəfə aldı
Yayınlanma tarixi: 25.01.2023 17:31:50

Somalidə Əş-Şəbab terror təşkilatının Prezident İqamətgahı yaxınlığında həyata keçirdiyi hücum nəticəsində azı 5 nəfərin həyatını itirdiyi, 2 nəfərin də yaralandığı bildirilib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Somalidə Əş-Şəbab terror təşkilatının Prezident İqamətgahı yaxınlığında həyata keçirdiyi hücum nəticəsində, azı 5 nəfərin həyatını itirdiyi, 2 nəfərin də yaralandığı bildirilib.
Somali təhlükəsizlik xidməti əməkdaşı Osman Muhamməd hücum zamanı Prezident İqamətgahının hədəf alındığını bildirib.

Hücum zamanı milli teatr binasına ziyan dəydiyi vurğulanıb. Həyatını itirənlərdən 2-nin tələbə olduğu qeyd olunub.

Hücuma görə məsuliyyəti üzərinə götürən Əş-Şəbab təşkilatı Prezident İqamətgahını və İnformasiya Nazirliyini hədəf aldıqlarını açıqlayıb.

Somali ordusu təxminən 5 aya yaxındır ki, əş-Şəbaba qarşı apardığı əməliyyatlarda onlarla şəhər, qəsəbə və kəndə nəzarəti bərpa edib.

Havadan dəstək verilən bəzi əməliyyatlardan sonra təşkilat paytaxt Moqadişo başda olmaqla bir çox şəhərdə qanlı hücumlar həyata keçirib.

 

GÜNÜN MANŞETLERİ