Bu gün ilahiyyatçı Ruhullah Novruzzadənin məhkəmə iclası keçirilib
İslamazeri.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün saat 14:15-də ilahiyyatçı Ruhullah Novruzzadənin məhkəmə iclası keçirilib.
Bu barədə ilahiyyatçının yaxınları məlumat verib.
Ruhullah Novruzzadənin vəkili müvəkkilinin ev dustaqlıöına buraxılması haqqında vəsatət qaldırıb, həmçinin ibtidai istintaqda olan qanun pozuntularının olduğunu deyib. Hakim ev dustaqlığı ilə bağlı vəsatəti qəbul etməyərək, heç bir qanun pozuntusunun olmadığını bildirib.
Növbəti məhkəmə prosesi 23 iyun tarixə təyin olunub.
Qeyd: İlahiyyatçı Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.3 (külli miqdarda) maddələri ilə ittiham olunur.
Ruhullah Novruzzadə İranın Qum Dövlət İlahiyyət Universitetinin hüquq fakültəsinin tələbəsi olub. O, təhsil aldığı dövrdə xəstə atasına baş çəkməyə gələrkən hava limanında məlum olub ki, ölkəyə çıxışına qadağa qoyulub.
O, bu il yanvarın 31-də həbs olunub. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Novruzzadə hazırda Şüvəlanda istintaq təcridxanasında saxlanılır.
Xəbər 2 dəfə yenilənib...