"Məhz ABŞ dünyada ən geniş kəşfiyyat şəbəkəsi olan dünyanın ən böyük casus dövlətidir".
ABŞ dünyanın ən geniş kəşfiyyat şəbəkəsinə malik ən böyük casus dövlətidir.
İslamazeri.com TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Van Venbin bildirib.
“Məhz ABŞ dünyada ən geniş kəşfiyyat şəbəkəsi olan dünyanın ən böyük casus dövlətidir“, - deyə o qeyd edib.
Venbin həmçinin deyib ki, “ABŞ Milli Təhlükəsizlik Agentliyi mətn mesajlarını oxuyur və telefon danışıqlarını dinləyir, o cümlədən də Almaniya, Fransa, Norveç, İsveç, Niderland və digər Avropa ölkələrinin yüksək vəzifəli şəxsləri barəsində də (bunları edir)“.