Qurani-Kərimə qarşı növbəti hörmətsizlik

Qurani-Kərimə qarşı növbəti hörmətsizlik
Yayınlanma tarixi: 26.01.2023 13:02:16

Hollandiyada İslam əleyhinə olan qrupun lideri Qurani-Kərimi cırmağa cəhd edib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İsveçdə Qurani-Kərimin yandırılmasından sonra Hollandiyadakı ekstremist və İslam əleyhinə fəaliyyət göstərən Pegida qrupunun lideri Edvin Vaqensfeld də Qurani-Kərimi cırmağa cəhd edib.

Çoxlarının nöqteyi-nəzərindən indi baş verənlər münaqişədən daha çox, bir növ sivilizasiyadır. Digər sivilizasiyalarla müharibəyə girən qərb sivilizasiyasıdır.

Keçən şənbə günü isveçli-danimarkalı ekstremist siyasətçi Ramsos Paludan polisin ciddi mühafizəsi altında və geniş medianın iştirakı ilə Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın bir nüsxəsini yandırdı. Bu, müsəlman ölkələri və xalqları arasında qınaq və qəzəb dalğasına səbəb oldu.

GÜNÜN MANŞETLERİ