“Qonaq professor” və “qonaq müəllim” vəzifələri təsis ediləcək

“Qonaq professor” və “qonaq müəllim” vəzifələri təsis ediləcək
Yayınlanma tarixi: 29.10.2021 16:47:48

Layihəyə əsasən bu vəzifələri tutmaq üçün seçki keçirilməyəcək.

Ali təhsil müəssisəsi akademik heyətin mübadiləsi çərçivəsində “qonaq professor” və “qonaq müəllim” vəzifəsi təsis edə biləcək
İslamazeri.com-un APA-ya istinadən məlumatına görə, bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, ali təhsil müəssisəsində “qonaq professor” və “qonaq müəllim” vəzifəsini tutmaq üçün seçki keçirilməyəcək.

GÜNÜN MANŞETLERİ