Qobu parkda yanğın olub, 50 nəfər təxliyə edilib

Qobu parkda yanğın olub, 50 nəfər təxliyə edilib
Yayınlanma tarixi: 10.12.2022 11:23:25

Bu barədə FHN-dən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Qaradag rayonu, Müşviqabad qəsəbəsi Qobu park 2 yaşayış kompleksi bina 2 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən "İslamazeri.com"a verilən xəbərə görə, Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 9-cu mərtəbəsindən qədər yerləşən elektrik şitində yanğın baş verdiyi və tüstülənmənin digər mərtəbələrə yayıldığı müəyyən edilib. Tüstülənmə və kəskin iydən vətəndaşların həyatı üçün təhlükə yaranıb.

Operativ və çevik müdaxilə sayəsində yanğın qısa müddətdə söndürülüb. FHN-nin qüvvləri tərfində umumilikdə 50 nəfər təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub.

GÜNÜN MANŞETLERİ