Qəzzada İsrailin Cenində törətdiyi qətliama etiraz edilib

Qəzzada İsrailin Cenində törətdiyi qətliama etiraz edilib
Yayınlanma tarixi: 8.03.2023 14:47:45

Qəzza zolağının müxtəlif şəhərlərində işğalçı qüvvələrin İordan çayının qərb sahilindəki Cenin düşərgəsinə hücumunu pisləyən nümayişlər keçirilib.

Fələstinli qruplar Qəzza zolağında nümayişlər təşkil edərək, sionist rejim ordusunun Cenin düşərgəsində törətdiyi qətli pisləyiblər.

İslamazeri.com xəbər verir ki, Qəzza zolağının müxtəlif şəhərlərində işğalçı qüvvələrin İordan çayının qərb sahilindəki Cenin düşərgəsinə hücumunu pisləyən nümayişlər keçirilib.

Bu nümayişi təşkil edən fələstinli qruplar işğalçıların cinayət və qətllərinə qarşı müqavimətin genişləndirilməsini və Cenin şəhidlərinin intiqamını almağa çağırıblar.

GÜNÜN MANŞETLERİ