Qarlı hava məktəblərdə davamiyyət göstəricisini aşağı salıb

Qarlı hava məktəblərdə davamiyyət göstəricisini aşağı salıb
Yayınlanma tarixi: 14.01.2022 17:51:51

Bakıda fəaliyyət göstərən məktəblərdə qeyri-sabit hava şəraiti ilə əlaqədar şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb.

İslamazeri.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb: "Bu istiqamətdə müvafiq qurum və təşkilatlarla əlaqələr gücləndirilib. Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir".

GÜNÜN MANŞETLERİ