Pakistanda müəmmalı xəstəlik tüğyan edir

Pakistanda müəmmalı xəstəlik tüğyan edir
Yayınlanma tarixi: 27.01.2023 11:13:38

Pakistanın Kəraçi şəhərində son 2 həftədə tənəffüs çatışmazlığına səbəb olan müəmmalı xəstəlik 10-u uşaq olmaqla 18 nəfərin ölümünə səbəb olub.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, yanvarın 10-25-də Kəraçinin Kimari bölgəsində 10-u uşaq olmaqla 18 nəfər tənəffüs çatışmazlığına səbəb olan müəmmalı xəstəlik səbəbi ilə həyatını itirib.

Tənəffüs çatışmazlığına bölgədəki neft stansiyaları, yağ və xam dəmir zavodlarından ətrafa yayılan zəhərli qazların səbəb olduğu düşünülür. Bu səbəblə aparılan istintaq çərçivəsində 3 fabrikin fəaliyyəti dayandırılıb, 4 nəfər saxlanılıb.

GÜNÜN MANŞETLERİ