Pakistanda bombalı hücum nəticəsində 4 nəfər həlak olub.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Pakistanın Bəlucistan əyalətində təhlükəsizlik işçilərini daşıyan avtomobili hədəf alan bombalı hücumda 2-si polis işçisi olmaqla 4 nəfər həyatını itirib, 15-i yaralanıb.
Milli medianın məlumatına görə, Kuetta şəhərinin işlək küçələrindən birində polis əməkdaşlarını daşıyan avtomobilə bombalı hücum təşkil edilib.
Partlayışda 2-si polis olmaqla 4 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.
Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.
Baş nazir Şahbaz Şərif tvitter səhifəsində hücumu pisləyib.