Ötən ay zəhərlənmə ilə bağlı KTM-ə 1161 nəfər müraciət edib

Ötən ay zəhərlənmə ilə bağlı KTM-ə 1161 nəfər müraciət edib
Yayınlanma tarixi: 2.02.2023 12:19:34

Bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən məlumat verilib.

Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 1161 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, onlardan 128-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Bildirilib ki, qəbul olan xəstələrdən 59-u dərmandan, 20-si sirkə turşusundan, 18-i dəm qazından, 11-i alkoqollu içkidən zəhərlənib: "Digərlərindən 4-ü anaflaksiya, 11-i allergik reaksiya, 5-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Zəhərlənən şəxslərin 54-ü qadın, 48-i kişi, 26-sı isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 1 nəfər sirkə turşusundan, 1 nəfər metil spirtindən, 1 nəfər isə dəm qazından dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 3-ü kişi, 1-i qadındır".

GÜNÜN MANŞETLERİ