Nigeriyada fövqəladə vəziyyət elan edilib - SƏBƏB

Nigeriyada fövqəladə vəziyyət elan edilib - SƏBƏB
Yayınlanma tarixi: 3.02.2023 11:48:01

Nigeriyada heyvanlardan insanlara keçən və ölümlə nəticələnə bilən Lassa qızdırması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru İfedayo Adetifa yoluxanların sayının artması səbəbindən fövqəladə vəziyyət elan edildiyini və epidemiyaya qarşı araşdırmalara başlanıldığını bildirib.

Yanvar ayında 244 nəfərin epidemiyaya yoluxduğu, 37 nəfərin dünyasını dəyişdiyi vurğulanıb.

Nigeriya hökumәti xəstəliyin müalicәsi ilә әlaqәdar üç dәrmanın müәyyәn edildiyini açıqlayıb.

Qeyd edәk ki, Mali, Toqo, Qana, Liberiya, Sierra Leone kimi ölkәlәrdә yayılan Lassa qızdırması Nigeriyada ilk dәfә 1969-cu ildә ölkәnin Borno әyalәtindә qeydә alınıb.

Nigeriya hökumәti 2019-cu ilin 23 yanvar tarixindә Lassa qızdırması sәbәbindәn fövqәladә vәziyyәt elan etmişdi.

Qeyd edәk ki, keçən il Nigeriyada Lassa qızdırması səbəbindən 178 nəfər dünyasını dəyişib, 989 nəfər də epidemiyaya yoluxub.

GÜNÜN MANŞETLERİ