Nigeriyada ərzaq böhranı təhlükəsi barədə xəbərdarlıq edilib

Nigeriyada ərzaq böhranı təhlükəsi barədə xəbərdarlıq edilib
Yayınlanma tarixi: 18.01.2023 10:31:59

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) verdiyi bəyanatda bildirilib.

Nigeriyada bu il 25 milyon insanın ərzaq böhranı ilə üzləşəcəyi ilə bağlı xəbərdarlıq edilib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) verdiyi bəyanatda bildirilib.

Bəyanatda ''Carde Harmonise''nin 2022-ci ilin 22 oktyabr tarixində yayımladığı hesabata diqqət çəkilib.

Hesabatda hökumət və beynəlxalq təşkilatların tədbir görməyəcəyi təqdirdə Nigeriyada iyun-avqust aylarında 25 milyon insanın ərzaq böhranı ilə üzləşəcəyi bildirilib.

Bəyanatda ölkədə qarşıdurma, iqlim dəyişikliyi, inflyasiya və artan ərzaq qiymətlərinin narahatedici həddə çatdığı vurğulanıb və bu səbəblərdən 17 milyon insanın ərzaq böhranı ilə üzləşə biləcəyi bildirilib.

Ölkədəki hava şəraitinin gələcəkdə ərzaq təhlükəsizliyinə təsir edən ən böyük amillərdən biri olacağı diqqətə çatdırılıb.

GÜNÜN MANŞETLERİ