Nə üçün İmam Əlinin (ə) adı Quranda çəkilməyib?

Nə üçün İmam Əlinin (ə) adı Quranda çəkilməyib?
Yayınlanma tarixi: 5.01.2023 18:00:58

İslamazeri.com-un "Din" rubrikasından...

Hədislərdə açıq-aşkar bildirilir ki, Allahın əmri ilə Rəsuli-Əkrəm (s) həzrət Əlini (ə) özünə canişin təyin etdi
Əhli-beyt (ə) düşmənlərinin şiə məzhəbinə qarşı irəli sürdüyü şübhələrdən biri də həzrət Əlinin (ə) adının Qurani-kərimdə zikr olunmamasıdır. Ona görə də belə bir sual yaranır:

İmamət dinin əsaslarından biri sayılırsa, deməli, onun əhəmiyyəti tövhid və nübüvvətin əhəmiyyəti ndən az deyildir. Bəs onda nə üçün onun vacibliyi Qurani-kərimdə gəlməmişdir?

Ayətullah Seyid Məhəmməd Sadiq Ruhani bu suala belə cavab vermişdir:

Allahın adı ilə
Şiə alimləri “Qədir” hədisi ilə imaməti sübuta yetirirlər. Bu hədis şiə və əhli-sünnənin nəzərində çox qəti və sənədi möhkəm bir hədisdir. Çünki həm şiə, həm də əhli-sünnə mühəddisləri tərəfindən təvatürlə nəql olunmuşdur. Hədisdə açıq-aşkar bildirilir ki, Allahın əmri ilə Rəsuli-Əkrəm (s) həzrət Əlini (ə) özünə canişin təyin etdi. Eyni halda Mütəal Allah bu barədə təkid etmiş və Rəsuli-Əkrəmə (s) vəd etmişdir ki, camaatın bu məsələyə etiraz etməsindən onun canını amanda saxlayacaq.
Həzrət Əlinin (ə) canişinliyinə irad tutulan budur ki, nə üçün Əlinin (ə) adı Qurani-kərimdə açıq-aydın gəlməmişdir?
Aydındır ki, əgər həzrət Əlinin (ə) və onun övladları olan digər imamların (ə) adları Quranda gəlsəydi, Quran təhrif olunacaqdı. Həzrət Əlinin (ə) və digər imamların adlarının Quranda zikr olunmamasının sirri də budur. Üstəlik, bu barədə səhih bir hədis də vardır. Əbu Bəsir deyir: İmam Sadiqdən (ə) soruşdum: Camaat deyir ki, nə üçün Əlinin (ə) və övladlarının adı Quranda gəlməmişdir? İmam (ə) buyurdu: “Onlara deyin ki, namaz hökmü Allahın Peyğəmbərinə (s) nazil oldu, amma Allah namazın rəkətlərinin üç, yaxud dörd olmasını təyin etmədi. Allahın Rəsulu (s) bunu özü camaata təfsir etdi” .
Bu rəvayətdən məlum olur ki, Mütəal Allah açıq zikr etməməsinə baxmayaraq, imamların (ə) adı zikr olunmuş rəvayətlər Qurana işarə edir və məqsəd ayənin təfsir və izahı, yaxud da şəni nüzulu və təvilidir.

GÜNÜN MANŞETLERİ