Narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib

Narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Yayınlanma tarixi: 28.12.2022 10:37:14

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) "İslamazeri.com"a verilən xəbərə görə, “Mercedes” markalı, 99-UH-107 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Rəşad Həsənov DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən yoxlama-nəzarət qaydasında saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücü R.Həsənovun hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçməsi təmin olunub və müayinə zamanı onun narkotik maddə qəbul etməsi müəyyən edilib.
R.Həsənovun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Həsənov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.

GÜNÜN MANŞETLERİ