Bu barədə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.
İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə elan edilir.
Bu barədə "İslamazeri.com"a Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd edilib ki, İslam dininə aid ibadət yerlərində (məscidlər) aşağıdakı vakant vəzifələrin tutulması üçün müsahibə elan edilir:
1.Səbail rayonu İçərişəhər "Cümə" məscidi - imam müavini
2. Binəqədi rayonu "Heydər" məscidi - qadın dini ayinlərin icraçısı
3. Nərimanov rayonu "Cümə" məscidi - imam müavini
4. Nəsimi rayonu "Hacı Əjdərbəy" məscidi - qadın dini ayinlərin icraçısı
5. Nəsimi rayonu "Məşədi Dadaş" məscidi - imam müavini
6. Yasamal rayonu "Təzəpir" məscidi - qadın dini ayinlərin icraçısı
7. Qaradağ rayonu Lökbatan qəsəbəsi "Rəsulullah" məscidi - imam müavini
8. Qaradağ rayonu Qobustan qəsəbəsi "Şamlı" məscidi - imam müavini
9. Şəmkir şəhəri "Cümə" məscidi - imam
10. Şəmkir şəhəri Çinarlı qəsəbəsi "Hacı Xədicə" məscidi - imam müavini
11. Şirvan şəhəri "Zeynalabidin" məscidi - imam
12. Bərdə şəhəri "Cümə" məscidi - qadın dini ayinlərin icraçısı
13. Lənkəran şəhəri Böyük Bazar "Cümə" məscidi - qadın dini ayinlərin icraçısı
14. Astara rayonu Kijəbə qəsəbəsi "Lovayın" məscidi - imam müavini
15. Quba rayonu Zərdabi qəsəbə məscidi - imam müavini
16. Xaçmaz şəhəri "Təzə şəhər" məscidi - imam müavini
17. İmişli şəhəri "Cümə" məscidi - imam
18. Gəncə şəhəri "Şah Abbas" məscidi - qadın dini ayinlərin icraçısı
19. Gədəbəy rayonu Yeni yaşayış massivi "İlyas Həsənoğlu" məscidi - imam müavini
Müsahibədə iştirak etmək istəyən namizədlər mayın 3-dən 3 iyunun 3-ü saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada [email protected] adresinə və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 16, AZ 1001) təqdim etməlidirlər:
- Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
- Tərcümeyi-hal;
- Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
- Sağlamlıq haqqında arayış;
- Narkoloji dispanserdən arayış;
- Ruhi-əsəb dispanserindən arayış;
- Məhkumluq barədə arayış;
- Foto (3x4) (4 ədəd);
- Ərizə.
Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.
Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcəkdir.
Əlaqə nömrələri:
(012) 497 02 53
(012) 492 62 29
(012) 437 31 15
(077) 209 60 70