Livandan İsrailə raketlər atılıb

Livandan İsrailə raketlər atılıb
Yayınlanma tarixi: 6.04.2023 17:49:52

Atılan raketlər işğal olunmuş Fələstin ərazilərinin şimal hissələrinə düşüb.

Livandan işğal olunmuş ərazilərdəki sionist Şlomi anklavına çoxlu sayda raket atıldığı bildirilib.

İslamazeri.com xəbər verir ki, Ərəb KİV-lərinin məlumatına görə, atılan raketlər işğal olunmuş Fələstin ərazilərinin şimal hissələrinə düşüb.

Xəbərdə 10 dəqiqə ərzində 100 raketin atıldığı bildirilirdi.

Livanla sərhəddə yerləşən Şlomidə sirenlər səslənib.

Digər tərəfdən, sionist işğalçı İsrail ordusunun Livanın cənubunu artilleriya ilə vurduğu bildirilib.

Xəbərdə adı açıqlanmayan Livanın təhlükəsizlik mənbəsinə istinadən bildirilir ki, işğalçı qüvvələr ölkənin cənubundakı Sur şəhərinin Kulile qəsəbəsini artilleriya atəşi ilə vurub.

Hesabatda ölən və yaralananlar barədə məlumat verilməyib.

GÜNÜN MANŞETLERİ