Əli Əsədov Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb

Əli Əsədov Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Yayınlanma tarixi: 28.04.2023 18:16:29

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 28-də Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemlə görüşüb.

Nazirlər Kabinetindən "İslamazeri.com"a verilən xəbərə görə, görüşdə Formula 1 yarışlarının Azərbaycanda uğurla keçirildiyi vurğulandı.

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin artırılması və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparıldı.

Eyni zamanda Azərbaycan Avtomobil Federasiyası ilə Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olundu.

GÜNÜN MANŞETLERİ