Kürdə 20 gün əvvəl batan şəxsin axtarışları davam edir

Kürdə 20 gün əvvəl batan şəxsin axtarışları davam edir
Yayınlanma tarixi: 10.01.2023 16:13:00

Bu barədə FHN-dən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları tərəfindən 21 dekabr 2022-ci il tarixində Kür çayının Tovuz rayonunun Qədirli kəndi ərazisindən keçən hissəsində batması ehtimal olunan 1974-cü il təvəllüdlü Məmmədov Eldəniz Mikayıl oğlunun axtarışları davam etdirilir.

İslamazeri.com xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Xəbərə görə, əlverişsiz hava şəraitinə baxmayaraq, FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirlərini həyata keçirirlər.

GÜNÜN MANŞETLERİ