Qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Kür-Bakı magistral su kəmərində qəza baş verib. Su kəmərində baş vermiş qəza ilə əlaqədar Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
"Azərsu" ASC-dən "İslamazeri.com"a verilən məlumata görə, əraziyə qəza briqadaları və xüsusi texnika cəlb olunub.
Qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.