Keniya "Əş-Şəbab" terrorçularına qarşı əməliyyat keçirib

Keniya
Yayınlanma tarixi: 20.01.2023 11:37:07

Keniya ordusunun Somali sərhədində keçirdiyi əməliyyatda “Əş-Şəbab” terror təşkilatının 18 üzvünün zərərsizləşdirildiyi bildirilib.

İslamazeri.com xəbər verir ki, regional polis direktoru Corc Səda bildirib ki, Əş-Şəbab üzvlərinin bir neçə həftədir gizləndiyi Deqabon bölgəsində əməliyyat keçirilib.

Səda açıqlamasında deyib: “Əməliyyat zamanı “Əş-Şəbab”ın 18 üzvü öldürülüb.

Əməliyyatda təşkilata aid silah, partlayıcı və hərbi texnikanın da ələ keçirildiyi barədə məlumatı paylaşan Səda Əş-Şəbab üzvlərinin Somali sərhədindən Keniyaya daxil olduqlarını qeyd edib.

Somalinin Keniya sərhədində fəal olduğu bilinən Əl-Şəbab həftələrdir Somali ordusunun ağır hücumlarına məruz qalıb.

GÜNÜN MANŞETLERİ