Bütün yollar boyu təhlükəsiz və fasiləsiz hərəkət təmin olunub.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Kəlbəcər rayonuna yağan qar nəticəsində müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tədbirlər görülüb, yollar qardan təmizlənib.
İslamazeri.com xəbər verir ki, bütün yollar boyu təhlükəsiz və fasiləsiz hərəkət təmin olunub.