Jurnalist İdrak Camalbəyli Ukraynada qəlpə yarası aldı

Jurnalist İdrak Camalbəyli Ukraynada qəlpə yarası aldı
Yayınlanma tarixi: 22.04.2023 19:24:03

O Rusiya ordusunun qoyub getdiyi blindajda surpriz mina partaması nəticəsində xəsarət alıb.

İslamazeri.com xəbər verir ki, aprelin 22-də Kiyev vaxtı ilə saat 11 radələrində Amerikanın Səsinin Ukraynadakı müxbiri İdrak Camalbəyli və çəkiliş qrupu Xerson şəhəri ilə Nilolayev şəhəri arasında yerləşən Mirnaya kəndində Rusiya ordusunun qoyub getdiyi blindajda surpriz mina partaması nəticəsində xəsarət alıb.

“Biz Ukrayna könüllülərinin iştirakı ilə əvvəllər Rusiya Ordusunun işğalında olmuş Mirnaya kəndi yaxınlığındakı blindajda, köhnə təmas xəttində çəkiliş apararkən Rusiya Ordusunun qoyub getdiyi surpriz mina partladı. Buna Ukrayna könüllülərindən birinin təsadüfən surpriz minaya birləşmiş məftilə ayağının toxunması səbəb oldu. Mən və operator, Ukrayna könüllüsü qəlpə yarası aldıq. Qəlpə mənin ayağımı, operatorun qolunu və Ukrayna könüllüsünün üz nahiyyəsini yüngül yaralayıb. Yaxınlıqdakı kənddə bizə ilkin tibbi yardım götərdilər. Həyatımız üçün təhlükə yoxdur. Hazırda çəkilişmizi davam etdiririk,” Amerikanın Səsinin müxbiri bildirib.

GÜNÜN MANŞETLERİ