NATO qoşunlarının Ukraynaya göndərilməsi Üçüncü dünya müharibəsinin başlaması təhlükəsini daşıyır.
İslamazeri.com xəbər verir ki, bu barədə İtaliya xarici işlər naziri Antonio Tayani bəyan edib.
“Mən hesab edirəm ki, NATO Ukraynaya daxil olmamalıdır. Bu, səhv olardı. Biz Ukraynaya özünü müdafiəyə kömək etməliyik, lakin Rusiyaya qarşı müharibəyə qoşulmaq Üçüncü dünya müharibəsi riski deməkdir“, – deyə o qeyd edib.
Tayani İtaliyanın Rusiyaya qarşı silahlı münaqişəyə qoşulmağa hazırlaşmamasına dair tezisi təkrar edib.
“Hələ də ümid edirəm ki, heç bir ölkə bu haqda düşünmür. Bu barədə heç bir razılıq və ya ideya yoxdur“, – deyə italiyan nazir əlavə edib.