İsrail Suriyanın cənubundakı hərbi bölgələri hədəfə alıb

İsrail Suriyanın cənubundakı hərbi bölgələri hədəfə alıb
Yayınlanma tarixi: 10.04.2023 17:30:58

İsrail Suriyanın cənubundakı hərbi bölgələri hədəfə alıb.

Sionist rejim Suriyanın cənubundakı hərbi bölgələri hədəfə alıb.

İslamazeri.com xəbər verir ki, sionist rejim ordusu dünən səhər saatlarında işğal altındakı Colan təpələrinə raket atıldıqdan sonra Suriyadakı mövqeləri artilleriya və silahlı pilotsuz təyyarələrlə hədəfə aldığını elan edib.

İşğalçı rejim bazar günü səhər saatlarında Suriyadan işğal olunmuş əraziyə 3 raket atıldığını, saatlar ərzində atılan raketlərin sayının isə 6-ya yüksəldiyini bildirib.

Digər tərəfdən, Suriyanın rəsmi xəbər agentliyi olan SANA hərbi mənbədən bu açıqlamaları verib:

"Bu gün səhər saat 05:00 radələrində düşmən İsrail işğal altındakı Suriyanın Qolan istiqamətindən silsilə raketlərlə cənub bölgəsindəki bəzi nöqtələrə hava hücumu təşkil edib.

Sionist rejimin atdığı bu raketlər Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmuş və bu hücum müəyyən maddi itkilərə səbəb olmuşdur."

GÜNÜN MANŞETLERİ