İsrail qüvvələri Qərb sahilində daha 21 fələstinlini həbs edib

İsrail qüvvələri Qərb sahilində daha 21 fələstinlini həbs edib
Yayınlanma tarixi: 13.12.2022 16:27:08

İşğalçı sionist İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində 21 fələstinlini həbs edib.

İslamazeri.com xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərinə görə, işğalçı sionist İsrail qüvvələri Beytullahim, Əl-Həlil, Yerixo, Ramallah, Tubas, Cenin və Kalkiliya şəhərlərinə basqın ediblər.

Sözügedən reydlər zamanı 21 fələstinli işğalçı sionist İsrail əsgərləri tərəfindən saxlanılıb.

Digər tərəfdən, işğalçı sionist İsrail qüvvələri Qüdsün şimal-qərbində bir fələstinli ailəyə məxsus kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən müvəqqəti daxmanı söküblər.

İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən işğalçı sionist İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri həbs edir.

GÜNÜN MANŞETLERİ

Min hektardan çox ərazi minalardan təmizlənib - ANAMA
ÖLKƏ / HƏRBİ

Min hektardan çox ərazi minalardan təmizlənib - ANAMA

22.12.2025 14:19:58
Səudiyyə Ərəbistanı yenidən Yəmənə hücum edib
DÜNYA / İSLAM DÜNYASI

Səudiyyə Ərəbistanı yenidən Yəmənə hücum edib

22.12.2025 14:12:35
Bu gün İmam Məhəmməd Baqirin (ə) mövlud günüdür
DÜNYA / İSLAM DÜNYASI

Bu gün İmam Məhəmməd Baqirin (ə) mövlud günüdür

22.12.2025 13:41:42
Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜNASİBƏT

Sabahın HAVA PROQNOZU

22.12.2025 13:15:31