İsrail qüvvələri Qərb sahilində daha 2 fələstinlini yaralayıb

İsrail qüvvələri Qərb sahilində daha 2 fələstinlini yaralayıb
Yayınlanma tarixi: 19.12.2022 10:49:12

İşğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinə basqın edən İsrail qüvvələrinin açdığı atəş nəticəsində 2 fələstinli yaralanıb.

İslamazeri.com xəbər verir ki, şahidlərin sözlərinə görə, İsrail əsgərləri bir fələstinli ata və oğlunu saxlamaq üçün Nablusdakı Əsgər qaçqın düşərgəsinə basqın ediblər.

İsrail qüvvələri ilə,  fələstinli ata və oğlunun evinin kənarına toplaşan və basqına reaksiya verən düşərgədəki gənclər arasında qarşıdurma yaşanıb.

Fələstin Qızıl Aypara Cəmiyyəti İsrail əsgərlərinin bir fələstinlini canlı güllə, digərini isə rezin güllələrlə vurduğunu açıqlayıb.

Qızıl Aypara qruplarının Nablusdakı ilk reaksiyasından sonra yaralı 2 fələstinli xəstəxanaya aparılıb.

Açıqlamaya görə, basqın zamanı İsrail qüvvələrinin atdığı gözyaşardıcı qazdan 15 nəfər də zərər çəkib.

Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür.

GÜNÜN MANŞETLERİ