İsrail qüvvələri Nablusda 28 fələstinlini yaralayıb

İsrail qüvvələri Nablusda 28 fələstinlini yaralayıb
Yayınlanma tarixi: 16.03.2023 14:11:47

Fələstin Qızıl Aypara Cəmiyyəti verdiyi açıqlamada işğal qüvvələrinin Nablus şəhərinə gecə hücumu təşkil etdiyini və 28 fələstinlinin yaralandığını açıqlayıb.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, ötən gecə İsrail əsgərləri Nablus şəhərinin Şərkiyə bölgəsində bir çox binaya hücum ediblər.

Əl-Məyadin müxbiri elan edib ki, müqavimət döyüşçüləri işğalçı sionist rejim ordusu ilə üz-üzə gəlib və onlara atəş açıblar.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada deyilir:

"Bu gecə baş verən hücumda 28 fələstinli yaralanıb və xəstəxanaya aparılıb".

Əl-Əqsa Şəhidləri Briqadaları açıqlamasında bu açıqlamaları verib: “Bizim döyüşçülərimiz Nablus şəhərinə hücum edən düşmən ordusunun əsgərlərinə atəş açıb.

Digər tərəfdən, yerli Fələstin mənbələri sionist qüvvələrin Kefr-i Kənə bölgəsinə basqın etdiyini və bu bölgədə yaşayan çoxlu sayda fələstinlinin evində axtarış apardığını bildirib.

GÜNÜN MANŞETLERİ