İsrail qüvvələrinin daha sonra Məhəmməd Əbu Tayr və bacısına məxsus evi "lisenziyasız tikildiyini" iddia edərək dağıddıqları öyrənilib.
Fələstin İnformasiya Mərkəzinin Qüdsdəki yerli mənbələrdən verdiyi məlumata görə, sionist rejim qüvvələri buldozer və iş maşınları ilə Ümmu Tuba məhəlləsinə basqın ediblər.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, İsrail qüvvələrinin daha sonra Məhəmməd Əbu Tayr və bacısına məxsus evi "lisenziyasız tikildiyini" iddia edərək dağıddıqları öyrənilib.
Hadisə ilə bağlı məlumat verən Sami Ebu Tayr İsrail qüvvələri tərəfindən dağıdılan binanın tikintisinin iki il əvvəl başa çatdığını, onlarda ümumilikdə 12 nəfərin yaşadığını, hər mənzilin 90 kvadratmetr olduğunu bildirib.