İsrail qüvvələri Cenində 2 fələstinlini qətlə yetirdi

İsrail qüvvələri Cenində 2 fələstinlini qətlə yetirdi
Yayınlanma tarixi: 19.01.2023 15:27:08

Hadisə bu gün - 19 yanvar səhər saatlarında Cənin qaçqın düşərgəsində baş verib.

İsrail qüvvələri İordan çayının Qərb sahilində 2 fələstinlini qətlə yetirib, 3-nü isə yaralayıb.

İslamazeri.com AA-ya istinadən xəbər verir ki, hadisə bu gün - 19 yanvar səhər saatlarında Cənin qaçqın düşərgəsində baş verib.

Nəticədə 58 yaşlı Cavad Hüseyn Bəvakin və 26 yaşlı Ədhəm Məhəmməd Cəbbarin həyatını itirib.

Həmçinin bir neçə fələstinli də saxlanılıb.

Bununla da, 2023-cü ilin əvvəlindən bəri İsrail qüvvələri tərəfindən qətlə yetirilən fələstinlilərin sayı 17-yə çatıb ki, onlardan da 4-ü 18 yaşından balaca olub.

GÜNÜN MANŞETLERİ