İsrail əsgərləri bu ilin əvvəlindən 65 fələstinlini qətlə yetirib

İsrail əsgərləri bu ilin əvvəlindən 65 fələstinlini qətlə yetirib
Yayınlanma tarixi: 25.02.2023 15:00:10

İsrail əsgərləri bu ilin əvvəlindən 65 fələstinlini qətlə yetirib.

Fələstinin İordan çayının qərb sahilindəki Hebronun şimalında yerləşən Əl-Arrub Qaçqınlar Düşərgəsindən olan 22 yaşlı Məhəmməd Cavabirə İsrail hərbçilərinin hücumlarında başına dəyən güllənin beyninə ziyan vurması nəticəsində həyatını itirib.

İslamazeri.com xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinin xəbərinə görə, Məhəmməd Cavabir, yaşadığı qaçqın düşərgəsinə basqın zamanı İsrail qüvvələrinin hücumuna məruz qalan qonşularına kömək etmək istəyərkən snayperlərin hücumuna məruz qalaraq canlı güllələrlə başından yaralanıb. və ağır yaralanaraq aparıldığı xəstəxanada dünyasını dəyişib.

Cəvabirə ilə bu ilin əvvəlindən sionist rejim tərəfindən öldürülən fələstinlilərin sayının 65-ə yüksəldiyi və onlardan 4-nün yəhudi mühacirlər tərəfindən öldürüldüyü bildirilib.

Öldürülən bu 65 nəfərdən 13-nün uşaq, 4-nün isə qoca olduğu bildirilib. Sionist rejim həbsxanalarında həkim səhlənkarlığı ucbatından bir nəfər həyatını itirib.

GÜNÜN MANŞETLERİ