İraqın Baş naziri Misirə səfər edib

İraqın Baş naziri Misirə səfər edib
Yayınlanma tarixi: 6.03.2023 11:03:52

Məhəmməd Şia əs-Sudani Qahirə təmasları çərçivəsində Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə də görüşüb.

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Misirə rəsmi səfər edib.

İslamazeri.com xəbər verir ki, İraq mediasının məlumatına görə, Baş nazirliyin Mətbuat İdarəsindən verilən açıqlamada, Sudaninin dünən rəsmi səfər çərçivəsində Misirin paytaxtı Qahirəyə getdiyi bildirilib.

Qeyd olunub ki, Qahirə hava limanına çatan Sudani Misirin Baş naziri Mustafa Medbuli tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Məhəmməd Şia əs-Sudani Qahirə təmasları çərçivəsində Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə də görüşüb.

Görüş zamanı iki ölkə arasında ikitərəfli əlaqələr və bu əlaqələrin möhkəmləndirilməsi yolları, bir sıra ümumi beynəlxalq və regional məsələlər müzakirə edilib.

Bundan əlavə, görüş zamanı iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsi istiqamətində birgə komitələrin fəallaşdırılması müzakirə olunub.

Baş nazir əl-Sudani İraqın Misir Ərəb Respublikası ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu təsdiqləyib və müxtəlif sahələrdə əməkdaşlıq və inteqrasiyanın yeni üfüqləri açmağa hazır olduğunu bildirib.

GÜNÜN MANŞETLERİ