İyulun 4-də Bakı (Azərbaycan) - Saratov - Bakı marşrutu üzrə aviareys açılır
İslamazeri.com xəbər verir ki, uçuşları Rusiyanın "İrAero" aviaşirkəti həyata keçirəcək.
Reyslər "Superjet-100" təyyarələri ilə həftədə bir dəfə - çərşənbə axşamları həyata keçiriləcək, bu barədə aviaşirkətin Turan-a daxil olan məlumatında bildirilir.
Çərşənbə axşamları Bakıdan uçuş yerli vaxtla 16:55-də, Saratova eniş saat 19:05-də, geriyə uçuş saat 20:20-də, Azərbaycanın paytaxtına eniş saat 22:55-də olacaq. Bir tərəfə biletin qiymətin 15000 rubl (302 manat) təşkil edir.