İnsanların ən çox istifadə etdiyi şifrələr açıqlanıb

İnsanların ən çox istifadə etdiyi şifrələr açıqlanıb
Yayınlanma tarixi: 19.11.2021 10:29:50

Siyahıda sonuncu yerdə 290 min 395 istifadəçi sayı ilə “xxx” şifrəsi dayanır.

Dünyanın 50 ölkəsini əhatə edən araşdırmalar zamanı 200 ən çox istifadə edilən şifrənin siyahısı hazırlanıb.

İslamazeri.com “Report”-a istinadən xəbər verir ki, bu barədə “NordPass” nəşri hesabat açıqlayıb.

Bu siyahıda ilk yeri “123456” şifrəsi tutur. Belə ki, bu şifrədən 103 milyon 170 min 552 istifadəçi istifadə edib. İlk 3-lükdə digər yerləri 46 milyon 027 min 530 istifadəçi ilə “123456789” və 32 milyon 955 min 431 istifadəçi ilə “12345” şifrələri tutur.

Siyahıda sonuncu yerdə isə 290 min 395 istifadəçi sayı ilə “xxx” şifrəsi dayanır.

Qeyd edək ki, şifrələrin siyahısı kibertəhlükəsizlik insidentlərinin tədqiqi üzrə ixtisaslaşmış müstəqil tədqiqatçılarla birgə tərtib edilib. Onlar 4 TB məlumat bazasını analiz ediblər.

GÜNÜN MANŞETLERİ