İndoneziyada torpaq sürüşməsi, ölən və yaralılar var

İndoneziyada torpaq sürüşməsi, ölən və yaralılar var
Yayınlanma tarixi: 7.03.2023 11:06:31

İndoneziyanın Natuna adalarında leysan yağışlardan sonra baş verən sürüşmə nəticəsində 11 nəfər həyatını itirib, onlarla adam itkin düşüb.

İslamazeri.com xəbər veir ki, bu barədə ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin rəsmiləri məlumat yayıb.

Bildirilir ki, güclü yağışlar nəticəsində Natunanın Serasan kəndində torpaq sürüşməsi baş verib və kənddəki evlər sürüşmə zamanı torpaq qalaqlarının altında qalıb.
Axtarış-xilasetmə işləri zamanı 11 nəfərin cəsədinin tapıldığını bildirən səlahiyyətlilər, ölənlərin sayının artmasından narahat olduqlarını vurğulayıblar.
Hazırda axtarış-xilasetmə işlərinin davam etdiyini bildirir.

GÜNÜN MANŞETLERİ