İmamın intizarının dəyəri və amilləri

İmamın intizarının dəyəri və amilləri
Yayınlanma tarixi: 16.11.2021 17:24:42

İntizar müvəffəqiyyət yolunda irəliləyən insanların ən yüksək xüsusiyyətlərindən biridir.

İslamazeri.com  "Din" rubrikasından:

Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (ə)-ın kəlamlarından:

 “Mömin bəndənin ən gözəl ibadəti odur ki, Allah tərəfindən olan qurtuluşun intizarında olsun.”

 

İNTİZARIN DƏYƏRİ

 İntizar müvəffəqiyyət yolunda irəliləyən insanların ən yüksək xüsusiyyətlərindən biridir. Çünki vəhy xanədanının qeybət dövründə böyük ilahi şəxsiyyətlər ilə əlaqədar buyurduqları dəyərli kəlamlara əsasən, zühurun həqiqi intizarını çəkənlər bütün zamanlarda insanların ən fəzilətlisi hesab olunurlar.

 Buna görə də bir qrup insanlar intizar məsələsindən əldə etdikləri kamil bir nəticə əsasında onu müvəffəqiyyətin bu dövrdəki ən mühüm amili hesab edir və inanırlar ki, insan bütün təkamül amillərini həqiqi intizarda axtarıb tapa, onun vasitəsilə mə’nəviyyət qüllələrinə doğru pərvaz edə və özünü ictimai çətinliklərdən və ruhi giriftarçılıqlardan xilas edə bilər.

 İntizar özünün kamil və həqiqi mə’nasında çox çətin bir halətdir. Sanki sirlərlə dolu bir yığındır ki, onu əhatə etmişdir, çox az layiqli insanlar onun kamal həddinə nail və düşmənlərin şayiələrindən amanda olmuşlar.

 Çünki intizar onun son və ali mərhələsində - belə ki, İmam Zaman (ə.c)-ın xüsusi səhabələri üçün belə bir mərhələ mövcuddur - qeyri adi qüdrətlərdən istifadə etməklə asimani quruluşun bərqərar edilməsi və o həzrətin mələkuti hökumətində xidmətçilik üçün kömək və hazırlıq mə’nasınadır.

 İntizar kerçəkləşdiyi hər bir mərhələdə bir növ qeyb aləmindən batini bir imdad diləmək, Allah dərgahına yaxınlaşmaq yoludur, əgər bu davam edib təkamülə çatarsa, zamanın keçməsi ilə insan hüququnun dərinliklərində mövcud olan qaranlıqlar, onun agah olmadığı batinindəki zülmətlər məhv olacaq və insanın batinində nurani bacalar yaranacaq və bu yolla da təkamül yolunu onun üzünə açacaqdır. Çünki intizar bütün yönlərdə hazırlıq halətindən ibarətdir, batini səfa-səmimiyyət və nuraniyyətlə dolu olan bir dünyaya doğru yönəldir. Bütün şər və şeytani qüdrətlərin və qüvvələrin məhv olduğu, ilahi nurların bütün insanların ruhlarına saçdığı bu dünyada...

 Bu həqiqətə diqqət yetirməklə belə deyirik: İntizar yolunun ən ali mərhələsinə qədəm qoyan bir şəxs xariquladə qüdrətlərə malik olmalıdır. Çünki bildiyiniz kimi İmam Əsirin hökuməti mələkuti və son dərəcə misilsiz olan bir hökumətdir ki, onun kamil şəkildə dərk edilməsi bizim təfəkkür qüdrətimizdən çox-çox yuxarıdır. Köməkçiləri pərvanə kimi o həzrətin vücudunun şamı ətrafına yığışmalı, o həzrətə kömək etməlidirlər ki, həm özləri bu yolda irəliləyənlərdən olsunlar, həm də o həzrətin mələkuti fərmanlarına itaət etmək qüdrətinə malik olsunlar ki, bu da xariquladə qüdrətlər tələb edir.

 İmam Zaman (ə.c)-in 313 nəfər seçilmiş köməkçilərinin xüsusiyyət və vəsflərini bəyan edən rəvayətlər onları ruhi və qeyri-adi, hətta qeybət dövründə belə bir qüdrətə malik olanlar kimi təqdim edir.

 

İNTİZARIN AMİLLƏRİ

 Biz çalışmalıyıq ki, intizarın həqiqi mənasından agah olaq və bu həqiqəti həm özümüzdə, həm də başqalarında icad edək.

İntizar məsələsinin ümumi bir məsələ olması, onun əzəmətini öyrənmək və başqalarına öyrətmək üçün müxtəlif yollar vardır ki, onlardan istifadə etməklə intizar halətini cəmiyyətdə icad edə və onların vücudlarının ənginliklərində intizar toxumlarını cüərdə bilərik. İndi isə ən mühüm yolları bəyan edirik ki, onların vasitəsilə cəmiyyət intizar məsələsinə doğru meyl edir:

 1-İmam Zaman (ə.c)-in əzəmətini tanımaq, əzəmətli vilayət məqamı ilə tanış olmaq;

 2-İntizarın qəribə əsərlərini, onun kamil mə’nasını və ali mərhələlərini bilmək;

 3-İmam Zaman (ə)-ın səhabələrinin vəsf və xüsusiyyətlərini öyrənmək, belə ki, onlar intizarın ən ali mərhələsinə çatmış, çox yüksək və əzəmətli ruhi qüdrətdən bəhrələnmişlər və İmam Zaman (ə)-ın fərmanlarına sözsüz itaət edirlər.

 4-İnsan və dünyanın gələcəyi ilə, zühur dövründəki insanların həyatında baş verən mühüm və əzəmətli dəyişikliklərlə tanış olmaq.

 

İmam Zaman (ə.c)-ın məqamı barədə mərifət kəsb etmək, o həzrətin köməkçilərini tanımaq, əqlin təkmil olunması və elmin təkamülü, qeyb aləmi ilə rabitə bərqərar edilməsi, namə’lum varlıqları tanımaq, asimanlara və uzaq fəzalara səfər etmək və bu qədimdən olan digər məsələlər insanları İmam Zaman (ə)-ın zühur məsələsinə doğru səsləyir, o həzrətin sirli və əzəmətli dövləti üçün hazırlıq və intizar halətini onlarda icad edir.

 Bu cür həqiqətlər barədə elm və agahlıq əldə etmək pak xislətli insanların hamısının qəlbində və ruhunda eşq və həyəcan yaradır, onları bu alicənab şəxsin dövründəki gözəl yaşayışa aşiq edir, hər bir insanın danılmaz vəzifəsindən ibarət olan intizar və zühurun gözlənilməsi halətini cəmiyyətdə icad edir.

 

Məyusluqdan və ümidsizlikdən yaxa qurtarmaq

Dinin heç bir rol oynamadığı, insanların daha yaxşı gələcəyə ümidləri olmadığı bir cəmiyyətdə həyatdan məyusluq, qətl, qan axıdılması, izhar əməliyyatı olduqca çox gözə çarpır. Çünki camaat mənfi amilləri, o cümlədən fəqirlik, yoxsulluq, zülm, sitəm, təcavüzkarlıq, qanunsuzluq, insan hüquqlarına etinasızlıq və bu kimi məsələləri görür və onun müqabilində bu puçluqlardan heç bir çıxış yolu görmürlər. Məhz buna görə də insanın həyatını korlayan ümidsizlik və məyusluğa düçar olurlar. Çünki onların Allah və gələcəyə ümidi yoxdur, bu qədər çətinliklərdən və müşküllərdən qaçıb xilas olmaq üçün intihar əməliyyatını çıxış yolu təsəvvür edirlər. Onlar belə bir cinayətə əl atmaqla nəinki dünya və axirətlərini, hətta öz övladlarının, həyat yoldaşlarının, yaxın qohum-əqrəbalarının da gələcəyini puçluğa doğru çəkirlər.

 Lakin öz vücudunda intizar haləti yaradan, hər an vilayətin parlaq nurunun bütün dünyanın hər bir yerinə saçmasına ümid bəsləyən bir şəxs heç vaxt belə cinayətlərə əl atmağa razı deyildir. Buna əsasən, fərəcin intizarında olmaq onun üçün bir qurtuluş və ümidsizliklərdən xilas olma yoludur. Aşağıda qeyd olunan rəvayət həmin mətləbi bəyan edir:

 Həsən ibni Cəhm deyir: “Həzrəti Musa ibni Cəfər -dan fərəc barəsində sual etdikdə həzrət buyurdu: “Məgər bilmirsən ki, fərəcin intizarında olmaq, fərəcin özündən bir miqdardır?” Dedi: “Mənim xəbərim yoxdur, yalnız siz mənə bu barədə xəbər verə bilərsiniz.” İmam (ə) buyurdu: “Bəli, fərəcin intizarında olmaq fərəcin bir hissəsidir.”

 

- Ruhi təkamül

İnsan kamil intizar haləti icad etməklə zühur dövrünün insanlarının halətindən bir miqdarını - qəlbini paklamaq kimi -özündə icad edə, ümid və intizar vasitəsilə özünü ümidsizlikdən və puçluqdan qurtara bilər.

Buna görə də İmam Sadiq (ə) öz əziz atasından, onlar da Əli (ə)-dan nəql edirlər ki, o həzrət belə buyurmuşdur:

“Mömin şəxsin ən yaxşı ibadəti budur ki, Allah taaladan olan fərəcin intizarında olsun.”

Buna əsasən insan intizar halətinə malik olmaq nəticəsində zühur dövründəki təkamül əsərlərindən bəzilərini özündə icad edə bilər. Mətləbin izahı üçün İmam Səccad (ə)-ın Əbi Xalidə buyurduğu bu sözə diqqət yetirin:

Əbu Xalid Kabuli İmam Əli ibni Hüseyn(ə)dan nəql edir ki, o həzrət belə buyurmuşdur: “Qeybət dövrü Peyğəmbəri Əkrəm ¡-in vəsilərinin və ondan sonrakı imamların on ikincisinin vasitəsilə çox uzun olacaqdır. Ey Əba Xalid, həqiqətən onun qeybət dövründə olan, imamətinə etiqad bəsləyən və zühurunun intizarında olanlar hər bir dövrdəki insanlardan üstündürlər. Çünki Allah taala onlara o qədər əql, dərk və mərifət əta edəcəkdir ki, qeybət onların nəzərində müşahidə kimi olacaqdır və onları o dövrdə Peyğəmbər ¡-in dövründə qılıncla cihad aparan mücahidlər kimi qərar verəcəkdir. Onlar həqiqətən ixlaslıdırlar və bizim sədaqətli şiələrimizdirlər, insanları aşkarda və gizlində Allah yoluna doğru dəvət edərlər.”

 

Sonra İmam Səccad (ə) buyurdu: “Fərəcin intizarında olmaq ən əzəmətli fərəcdir.”

İslamazeri.com  Seyyid Mürtəza Müctehidi Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri kitabında qeyd olunan intizarla bağlı bəzi mətləbləri diqqətinizə çatdırdı...

GÜNÜN MANŞETLERİ