Əhli-Beyt alimlər dərnəyi Hacı Şahinin vəfatı ilə bağlı başsağlığı verib

Əhli-Beyt alimlər dərnəyi Hacı Şahinin vəfatı ilə bağlı başsağlığı verib
Yayınlanma tarixi: 2.03.2023 14:13:49

Əhli-Beyt alimlər dərnəyi Hacı Şahin Həsənlinin vəfatı ilə bağlı başsağlığı verib.

Əhli-Beyt alimlər dərnəyi Hacı Şahin Həsənlinin vəfatı ilə bağlı başsağlığı verib.

İsalamazeri.com xəbər verir ki, başsağlığı mesajında bildirilib:

"Azərbaycanın yetişdirdiyi dəyərli Əhli-Beyt alimlərindən Hacı Şahin Həsənlinin səhərin ilk saatlarında vəfat etdiyini öyrəndik.

Bu səhər Bakıda infarkt keçirərək Haqqın rəhmətinə qovuşmuş bu dəyərli Əhli-Beyt xidmətçisi 49 illik həyatı boyunca İslam dəyərləri və Əhli-Beyt təlimləri ilə bağlı çoxlu araşdırmalar apararaq cəmiyyətin maariflənməsinə, ümmətin birlik və həmrəyliyinə dəyərli töhfələr vermiş, mühüm xidmətlər göstərmişdir.

Mərhumun dəfn tarixi ailəsi tərəfindən 2 mart 2023-cü il (bu gün) günorta saat 16:00-a təyin edilib.

Hörmətli alimimizin cənazəsi Bakı Məşədi Dadaş Məscidindən yola salınacaq.

Mərhuma Allahdan rəhmət və məğfirət, bütün yaxınlarına və sevənlərinə, xüsusilə dəyərli ailəsinə, bütün Əhli-beyt (ə) dostlarına və Azərbaycan xalqına başsağlığı və səbr diləyirik".

GÜNÜN MANŞETLERİ