Hava proqnozu - 02.02.2023

Hava proqnozu - 02.02.2023
Yayınlanma tarixi: 1.02.2023 13:40:04

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Fevralın 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Milli Hidrometeorologiya Xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, gündüz çiskinli olacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir.

Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-9° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

GÜNÜN MANŞETLERİ

Sabahın hava proqnozu
ÖLKƏ

Sabahın hava proqnozu

20.03.2023 12:45:24
Novruz bayramı haqqında hədislər
DİN

Novruz bayramı haqqında hədislər

20.03.2023 12:38:19
Ceyhun Bayramov Brüsselə gedib
ÖLKƏ / SİYASƏT

Ceyhun Bayramov Brüsselə gedib

20.03.2023 10:27:32