Güclü külək Bakıda 15 ağaca ziyan vurub

Güclü külək Bakıda 15 ağaca ziyan vurub
Yayınlanma tarixi: 9.02.2023 10:09:57

Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Dünən günün ikinci yarısından başlayaraq bütün gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ədəd ağaca ziyan dəyib.

Bu barədə "İslamazeri.com"a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Birliyin əməkdaşları ziyan dəyən ağacların 4-nün sınmış hissələrini budayıb, 11 ədəd ağac isə kəsilərək götürülüb və ərazi təmizlənib.

GÜNÜN MANŞETLERİ