Fransanın paytaxtı Parisdə polis tərəfindən güllələnən şəxs dünyasını dəyişib.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Polis Parisin 11-ci bölgəsində silahlı bir şəxsə atəş açıb. Sinəsindən 4 güllə dəymiş şəxs hadisə yerində həyatını itirib.
Hələlik şəxsiyyəti müəyyən edilməyən şübhəlinin əlindəki silahın saxta olduğu müəyyən edilib.
Hadisə ilə bağlı istintaq başladılıb.