Əfqanıstanda şaxtalı hava can almağa davam edir

Əfqanıstanda şaxtalı hava can almağa davam edir
Yayınlanma tarixi: 21.01.2023 10:04:19

Əfqanıstanda son günlər artan soyuq hava şəraiti səbəbindən 78 nəfər donaraq ölüb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Taliban müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Şəfiullah Rəhimi mətbuata açıqlama verib.

Ölkə daxilində son 9 gündə kəskinləşən soyuq hava şəraiti səbəbiylə donaraq ölənlərin sayının 78-ə yüksəldiyini qeyd edən Rəhimi təxminən 75 min baş mal-qaranın tələf olduğunu bildirdi.

Əfqanıstan Meteorologiya İnstitutu isə bu il qışda havanın keçən il ilə müqayisədə iki dəfə soyuq olduğunu açıqlayıb və ən şiddətli soyuğun mənfi 34 dərəcə ilə Qor vilayətində yaşandığını qeyd edib.

Taliban sözçüsü Zəbihullah Mücahid açıqlamasında həyatını itirənlərin ailələrinə başsağlığı verib və səlahiyyətlilərə lazımi tədbirlərin görülməsi üçün göstəriş verildiyini bildirib.

Ölkə ərazisində kəskin hava şəraiti ilə əlaqədar bir çox ərazilərə, xüsusən də kənd yerlərində gediş-gəlişdə çətinliklər yaşansa da, soyuq havanın daha bir həftə davam edəcəyi gözlənilir.

GÜNÜN MANŞETLERİ