FHN-in Şimal-qərb Regional Mərkəzi təlim keçirib

FHN-in Şimal-qərb Regional Mərkəzi təlim keçirib
Yayınlanma tarixi: 20.12.2022 15:57:04

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda taktiki təlim keçirib.

FHN-dən "İslamazeri.com"a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi, ilkin tibbi yardımın göstərilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı şərti olaraq baş vermiş nəqliyyat qəzası ilə əlaqədar “hadisə yerinə” operativ çatan xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə deformasiyaya uğramış avtomobillərdən zərərçəkmişləri xilas edərək onlara təxirəsalınmaz ilkin tibbi yardım göstəriblər.

Uğurla icra olunan təlimdən sonra əldə edilən nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

GÜNÜN MANŞETLERİ