FHN-in hərbi hissəsində təlim keçirilib

FHN-in hərbi hissəsində təlim keçirilib
Yayınlanma tarixi: 19.05.2023 13:22:58

FHN-in hərbi hissəsində təlim keçirilib.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” şüarı altında Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən FHN-in Abşeron rayonunda yerləşən “N” saylı hərbi hissəsində genişmiqyaslı əməliyyat-taktiki təlim keçirilib.

İslamazeri.com xəbər verir ki, təlimə çoxsaylı şəxsi heyət, texnika, təlim görmüş itlər cəlb olunub.

Təlimi fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Azərbaycanda səfərdə olan Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi xanım Njupuo Yap Mariatu və digər qonaqlar canlı izləyiblər.

Təlimdə qarşıya qoyulmuş məqsədə nail olunub.

GÜNÜN MANŞETLERİ