Fələstinlilərin İsrailin zülmlərinə etirazı davam edir

Fələstinlilərin İsrailin zülmlərinə etirazı davam edir
Yayınlanma tarixi: 9.03.2023 10:41:39

Fələstinlilər İordan çayının qərb sahilində ümumi tətil başladıb.

Fələstinlilər, İsrail qüvvələrinin işğal altındakı İordan çayının şimalındakı Cenin Qaçqınlar Düşərgəsinə hücumundan etiraz məqsədi ilə ümumi tətil aksiyası keçirirlər.

İslamazeri.com xəbər verir ki, bu barədə Fəth Hərəkatının İnqilab Şurasının üzvü Teysir Nəsrullah məlumat yayıb.

Bildirib ki, Fələstinlilər, İsrailin törətdiyi cinayətlərə etirazlarını bildirmək üçün İordan çayının qərb sahilinin bütün şəhərlərində ümumi tətil elan ediblər.

Fələstinliləri qətlə yetirən, evlərini dağıdan İsrailə qarşı müqavimət daha da aktivləşdirilməlidir deyən Nəsrullah İsrailin Fələstin xalqına qarşı müharibəni hər yerdə davam etdirdiyinə diqqət çəkib.

GÜNÜN MANŞETLERİ