Fələstin nümayəndə heyəti BMT rəsmilərilə görüşüb

Fələstin nümayəndə heyəti BMT rəsmilərilə görüşüb
Yayınlanma tarixi: 7.03.2024 14:46:26

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsurun rəhbərliyindəki 10 nəfərlik Fələstin nümayəndə heyəti rəsmilərlə görüşüb.

İslamazeri.com xəbər verir ki, İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda yaxınlarını itirənlər, yaşadıqları ağrı-acıları Birləşmiş Millətlər Təşkilatı (BMT) rəsmilərinə çatdırıb.

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsurun rəhbərliyindəki 10 nəfərlik Fələstin nümayəndə heyəti rəsmilərlə görüşüb.

Nümayəndə heyəti BMT-nin Baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasının üzvləri ilə görüşüb və Qəzzada baş verənləri izah edib.

Bölgədə işləyən həkim İmad Tamini Qəzzadakı vəziyyətin mediada göründüyündən qat-qat dəhşətli olduğunu vurğulayıb.

Həkim İmad Tamini deyib:"Baş verənləri televiziyadan eşidirsiniz. 13 gün orada qaldım, baş verənləri öz gözlərimlə gördüm. Hər gün bomba səsləri eşidirdik. Hər gün təcili yardıma xəstələr gəlirdi. Çox sayda xəstəmizi itirdik. Bu mənə psixoloji baxımdan çox təsir etdi. Bu, həyatımda gördüyüm ən dəhşətli hadisə idi''.

İclasda çıxış edən fələstinli həkim Rolal Farrah da əsrlərdir Qəzzada yaşayan böyük bir ailəyə sahib olduğunu və İsrailin hücumlarında çox sayda ailə üzvünü itirdiyini bildirib.
Fərrah deyib: “Mənim ailə üzvlərimdən 150-dən çoxu İsrailin Qəzzaya hücumları zamanı öldürülüb''.
Fələstin nümayəndə heyəti Qəzzada daimi atəşkəslə bağlı çağırış edib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil edilən hücumlarda həyatını itirənlərin sayı 30717-yə yüksəlib.

GÜNÜN MANŞETLERİ