Fazil Mustafa qarşı sui-qəsddə ittiham olunanlar məhkəmə qarşısında -VİDEO

Fazil Mustafa qarşı sui-qəsddə ittiham olunanlar məhkəmə qarşısında -VİDEO
Yayınlanma tarixi: 15.01.2024 16:17:54

Deputat Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

İslamazeri.com  APATV-yə istinadən xəbər verir ki, yanvar ayının 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 22-nə təyin edilib.

Rəsmi məlumata görə,  28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277, yəni dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə və 228.2.1-ci yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə cinayət işi başlanılıb.

 

GÜNÜN MANŞETLERİ