DTX Akademiyasında Ombudsmanla görüş keçirilib

DTX Akademiyasında Ombudsmanla görüş keçirilib
Yayınlanma tarixi: 16.12.2022 13:26:20

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında bu xüsusi təyinatlı ali təhsil müəssisəsinin rəhbərliyinin, əməkdaşlarının və kursantlarının Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüşü keçirilib.

DTX-dan "İslamazeri.com"a verilən xəbərə görə, öncə Ümummilli Lider Heydər Əliyevin Akademiyanın “Şöhrət” muzeyinin qarşısında ucaldılmış abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülmüş, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub. Sonra qonaqlar “Şöhrət” muzeyində dahi şəxsiyyətin mənalı ömür yolunu əks etdirən fotostendlər və digər eksponatlarla yaxından tanış olublar.

Tədbir inzibati binanın akt zalında davam edib. Tədbiri açıq elan edən Akademiya rəisinin vəzifəsini müvəqqəti icra edən Elşad Nəsirov görüş iştirakçılarını salamlayaraq, ölkəmizdə insan hüquqlarının qorunması sahəsində aparılan mühüm işlər barədə söhbət açıb.

Tədbirdə çıxış edən İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva Ombudsman təsisatının yaranma tarixi və fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verib, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü nəticəsində qəbul olunduğunu bildirib. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda bütün istiqamətlərdə olduğu kimi insan hüquqları sahəsində də aparılan məqsədyönlü islahatlardan, əldə olunmuş nailiyyətlərdən bəhs edən S.Əliyeva bu il Azərbaycanda Ombudsman təsisatının yaradılmasının 20 illiyinin qeyd olunduğunu, bu illər ərzində həyata keçirilmiş çoxsaylı layihələrin təsisatın inkişafına önəmli töhfə verdiyini, Ombudsman Aparatı və regional mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində son dövrlərdə görülmüş işləri görüş iştirakçılarının diqqətinə çatdırıb. Çıxışının sonunda Ombudsman Akademiyada kursantların təhsil alması üçün yaradılan şəraitdən məmnun olduğunu xüsusilə vurğulanıb və Akademiyanın kursant heyətini Ombudsman Aparatının fəaliyyəti ilə yaxından tanış olmağa dəvət edib.

GÜNÜN MANŞETLERİ