Dövlət xəstəxanalarında uşaqlara göstərilən xidmətlərin sayı açıqlanıb

Dövlət xəstəxanalarında uşaqlara göstərilən xidmətlərin sayı açıqlanıb
Yayınlanma tarixi: 23.12.2022 13:10:02

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı Direktor müavini Araz Nəsirov deyib.

"2022-ci ilin 11 ayı ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində 40 270 004 tibbi xidmət göstərilib".

İslamazeri.com xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı Direktor müavini Araz Nəsirov deyib.

O qeyd edib ki, həmin xidmətlərin 27%-i, yəni 10 milyona yaxınını uşaqlar istifadə edib.

"Dövlət tibb müəssisələrində aparılması mümkün olmayan əməliyyat və xidmətlərlə bağlı özəl tibb müəssisələrinə göndəriş əldən edən uşaqlara 1346 tibbi xidmət göstərilib. Bu xidmətlərin 387-ni oftalmoloji, 246-nı travmatoloji, 184-nü ürək-damar cərrahiyyəsi təşkil edib", - deyə o vurğulayıb.

GÜNÜN MANŞETLERİ