Burkina Fasoda terror aktı: 51 əsgər öldürüldü

Burkina Fasoda terror aktı: 51 əsgər öldürüldü
Yayınlanma tarixi: 21.02.2023 13:43:59

Burkina Fasoda baş verən terror aktı nəticəsində çoxlu sayda insan həyatını itirib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Burkina Faso ordusundan verilən yazılı açıqlamada, Sahel bölgəsindəki Oudalan rayonunda yerləşdirilən əsgərlərə qarşı təşkil edilən terror hücumunda 51 əsgərin həlak olduğu bildirilib.

Açıqlamada toqquşmada 60 terrorçunun zərərsizləşdirildiyi də bildirilib.

Malidəki Əl-Qaidə və İŞİD-ə bağlı terror qrupları 2015-ci ildən bəri Burkina Fasonun şimal və şərq bölgələrində tez-tez hücumlar həyata keçirir.

Hökumətin məlumatına görə, 2015-ci ildən 2021-ci ilin dekabrına qədər bu hücumlarda 600-ü mühafizəçi olmaqla 2000 nəfər həlak olub.

GÜNÜN MANŞETLERİ